Giriş

Siz Pinup Kazinosunu ziyarət etməklə aşağıdakı nizamnamələri qəbul etmiş olursunuz:

  • Qaydalar və şərtlər;
  • Məxfilik siyasəti;
  • Mərc qaydaları.

Əgər siz aşağıda göstərdiyimiz Qayda və Şərtlərlə razılaşmırsınızsa, onda saytımızda hesab yaratmamağınızı məsləhət görürük. Veb-saytın hər hansı formada istifadəsi Qaydalar və Şərtlərlə razılaşmağınız deməkdir.

Şərtlər və Qaydalar

Tərəflər

Şirkətimiz Kiprdə qeydiyyatdan keçirilib və B.W.I. Black-Wood Limited şirkəti tərəfindən idarə olunur. Fəaliyyət göstərmək hüququnu bizə verən №8048/JAZ saylı Kürasao lisenziyasıdır.

Biz ədalətli oyun qaydalarına əməl edirik və bizi aldatmaq və ya hansısa yolla oyunları manipulyasiya etmək istəyən oyunçulara icazə vermirik. 

Qaydalar və Şərtlərlə razılaşmaqla siz avtomatik olaraq aşağıdakıları təsdiqləmiş hesab olursunuz:

  • Oynadığınız ölkədə bu qadağan deyil;
  • Veb-saytdakı fəaliyyətinizə görə siz məsuliyyət daşıyırsınız;
  • Siz kompulsiv qumar oyunçusu deyilsiniz;
  • Ölkənizin qanunlarına əməl edəcəksiniz.

Qaydalarda dəyişiklik

Lazım gələrsə Qaydalarımızı dəyişdirmək və onları redaktə etmək hüququnu özümüzdə saxlayırıq. Dəyişikliklər barədə bütün müştərilərimizə Qaydalar və Şərtlərimizdə məlumat verilir. Biz həmçinin veb-saytın funksiyalarını dəyişmək və ya onları redaktə etmək hüququnu özümüzdə saxlayırıq.

Tərəflər və şərtlərin dəyişdirilməsi

Qanuni tələblər

Bizim qanuni tələblər siyahımız var, bura aşağıdakılar daxildir:

  • Ən azı 18 yaşınız olmalıdır;
  • Kimliyinizi və yaşınızı sübut edən sənədləri tələb etmək hüququnu özümüzdə saxlayırıq;
  • Hesab məlumatlarınızın, eləcə də istifadəçi adı və parolunuzun təhlükəsizliyinə görə siz məsuliyyət daşıyırsınız;
  • İstifadəçi adı və parolunuzun başqa şəxslər tərəfindən istifadə edilməsi nəticəsində hesabınızı itirməyinizə görə biz məsuliyyət daşımırıq.

Hüquqi Tələblər

Hesabın açılması və əməliyyatlar

Veb-saytın xidmətlərindən istifadə edə bilməyiniz üçün hesab yaratmağınız tələb olunur. Həmçinin kazinonun tam funksionallığına çıxış əldə etmək üçün təsdiqləməni tamamlamalısınız.

İstifadəçilərin təqdim etdiyi məlumatlar düzgün olmalıdır. Kimliyinizi sübut edən, eləcə də yaşınızı göstərən istənilən sənədin yenidən təqdim edilməsini tələb etmək hüququnu özümüzdə saxlayırıq. Hər bir istifadəçi üçün yalnız bir hesaba icazə veririk. Minimum pul çıxarma məbləği 2 AZN-dir. Gün ərzində ən çoxu 5000 AZN, həftədə 80 000 AZN, ayda isə 50000 AZN pul çıxara bilərsiniz.

Hesabın açılması və əməliyyatlar

Depozit və Pulun çıxarılması

Biz hər hansı üçüncü tərəflərdən depozitləri qəbul etmirik. Siz yalnız öz adınıza qeydiyyatdan keçirilmiş hesabdan depozit edə bilərsiniz.

Əgər oğurlanmış pul və ya kartlardan istifadə etdiyinizdən şübhələnsək, hesabınızı bloklamaq hüququnu özümüzdə saxlayırıq. İstifadəçinin hesablarından pul çıxarmaq hüququ var. Ancaq biz məbləğlərin qanuni olduğunu 15 gün ərzində sübut edən sənədləri təqdim edə bilməyən istifadəçilərin oyun hüququnu əlindən almaq hüququnu özümüzdə saxlayırıq.

Depozitlər və çıxarmalar

Qadağan olunmuş hərəkətlər

İstifadəçilərin aşağıdakı hərəkətləri etməsini qadağan edirik:

  • Veb-saytdan hər hansı məlumatın silinməsi;
  • Veb-saytın təhlükəsizliyindən yayınmaq üçün hər hansı metoddan istifadə etmək;
  • Ədalətsiz yollarla üstünlük qazanmaq.

Biz bu tipli hərəkətlərin çoxunun qarşısını ala bilmirik. Ancaq biz hesabınıza və veb-saytımıza çıxışınızın qarşısını ala bilərik. Pin-Up ədalətsiz hərəkətlərə görə hər hansı itmiş məbləğə görə məsuliyyət daşımır. İstifadəçi ona mərcləri udmağa qanunsuz yolla kömək edəcək heç bir vasitədən istifadə etməməlidir.

Qadağan edilmiş hərəkətlər Pinup Casino

Məsuliyyətdən imtina

Veb-saytımızı ziyarət etməklə siz xidmətlərimizdən istifadə etməyin tamamilə sizin seçiminiz olduğunu qəbul edirsiniz və meydan çıxa biləcək sonrakı riskləri qəbul etmiş olursunuz.

Biz məlumatlar, maliyyə, gəlir, prestij, reputasiya və sairənin itirilməsinə görə məsuliyyət daşımırıq. Pinup həmçinin başqa veb-saytların bizim veb-saytımızı kopyalamaqla verdiyi zərərə görə məsuliyyət daşımır.

Məsuliyyət Məhdudiyyətləri

Qaydaların pozulması

Qaydaların və Şərtlərin pozulmasına görə yaranan bütün xərclərə və haqları Pinup-a ödəməlisiniz. Bunları etmək hüququnu özümüzdə saxlayırıq:

  • Qaydalar və Şərtlərin pozulması barədə sizə bildiriş göndərmək;
  • Hesabınızı dondurmaq;
  • Hesabınızı dondurmaq, sizə bildiriş gördərməklə və ya göndərmədən;
  • Qaydalar və Şərtlərin pozulmasına görə ələ keçirdiyiniz hər hansı ödəniş, bonus, qazancları hesabınızdan çıxmaq.

Biz həmçinin hesabınızı geri qaytarmaq mümkün olmayan formada silmək hüququnu özümüzdə saxlayırıq.

Şərtlərin pozulması

Qanunvericilik və Yurisdika

Onlayn qumar yaşadığınız ərazinin qanunvericiliyinə əsasən qanunsuz ola bilər. Bu halda siz veb-saytımızda ödəniş kartınızdan heç bir xidmət üçün istifadə edə bilməzsiniz. Kart sahibi kimi ölkənizdəki onlayn qumar qanunlarını bilmək sizin məsuliyyətinizdir.

Qanunvericilik və yurisdiksiya